|
Bütün dini kitablara müvafiq nəzarət markası vurulacaqYalnız həmin dini ədəbiyyatların yayılması qanunvericiliklə məqsədəuyğun hesab ediləcək Azərbaycanın Qazax rayon Polis Şöbəsi tərəfindən rayon sakini, hazırda Rusiya Federasiyasında yaşayan Qasımov Mahmud Hümbət oğluna məxsus evdə “nurçuluq” cərəyanına bağlı dini dərslərin tədris olunması, ədəbiyyatın aşkar edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ekspertiza keçirəcək.
Dövlət Komitəsindən APA-ya bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.
Hazırda bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Yaxın vaxtlarda yeni qaydalar tətbiq edildikdən sonra bütün dini kitablara müvafiq nəzarət markası vurulacaq, yalnız həmin dini ədəbiyyatların yayılması qanunvericiliklə məqsədəuyğun hesab ediləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2014 14:49 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |