إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dubay Azərbaycanda islam riteylinin potensialını inkişaf etdirməyə hazırdır



İslam riteyli Azərbaycanda ciddi inkişaf potensialına malikdir.
Trend-in məlumatına görə, bu barədə Dubay Ticarət-Sənaye Palatasının vitse-prezidenti Hişam əl-Şiravi bazar ertəsi Bakıda keçirilən riteylin və françayzinqin inkişafına həsr edilmiş "dəyirmi masa"da bildirib. Tədbir Dubay palatasının (BƏƏ-də işgüzar mühitin və biznes maraqlarının müdafiəsinin inkişafı ilə məşğul olan struktur) nümayəndə heyətinin səfəri çərçivəsində təşkil olunub.

Əl-Şiravi deyib: "Hazırda "halal riteyl" ümumdünya pərakəndə satış həcminin təxminən 10 faizini təşkil edir. 2012-ci ildə müsəlmanlar islam paltar və ayaqqabılarına 224 milyard dollar xərcləyiblər. Proqnozlara görə isə, qarşıdakı bir neçə il ərzində bu rəqəm 324 milyard dollara çatacaq. Kosmetikaya gəldikdə, bu sahədə islam riteylinin həcmi 2012-ci ildə 26 milyard dollar olub və proqnozlara görə, bazar 2018-ci ilədək 39 milyardadək artacaq".

Onun sözlərinə görə, Dubay pərakəndə biznesdə dünyanın iri oyunçularından biri və dünyada riteyl ticarətin ikinci mərkəzidir.

Əl-Şiravi bəyan edib: "Ötən il əmirlikdəki ticarət mərkəzlərindən təkcə birini, "Dubai Mall"-u 75 milyon insan ziyarət edib ki, bu da 2012-ci ildəkindən 15 faiz çoxdur. Biz riteyl və françayzinqin inkişafı üzrə ciddi təcrübəyə malikik və onu azərbaycanlı həmkarları ilə bölüşməyə hazırıq".

Qeyd edək ki,riteyl təcarət və əhalinin geniş alıcı kütləsini özünə cəlb etməyə yönəldilmiş xüsusi xidmət mexanizminə malik alış veriş və xidmət mərkəzlərindən ibarət ticarət növüdür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2014  14:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!