|
Əli Həsənov qeyri ənənəvi cərəyanların Azərbaycandakı fəaliyyəti barədə danışıbƏli Həsənov qeyri ənənəvi cərəyanların Azərbaycandakı fəaliyyəti barədə danışıb “Azərbaycanda tək “nurçuluq”, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, post sovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri qeyd edib ki, bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var: “Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar”. Ə. Həsənov deyib ki, bu gün bunlar Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmirlər: “Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanunların keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə, Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır ki, belə hallar və cəhdlər var, bu cəhdlərin qarşısı dövlət tərəfindən alınır və alınmaqda davam edəcək. Azərbaycan dövlətinin, xalqın iradəsindən, vətəndaşlarımızın mandat verdiyi insanların həyata keçirdiyi fəaliyyətdən və mövcud qanunların tələbindən başqa, digər iradəyə tələbat ola bilməz. Təəssüflər olsun ki, bir sıra dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanuni məsuliyyət doğurur və nəticə etibarilə, belə hallar müşahidə olunursa, müvafiq tədbirlər görülür”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2014 10:47 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |