|
|
"İslam - Ensiklopedik Lüğət"i AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilibKitabxanadan Trend-ə verilən məlumata görə, AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı "İslam -ensiklopedik lüğət" kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib Filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb. Lüğət "İslam. Ensiklopediçeskiy slovar" (Moskva, "Nauka", QRVL, 1991) kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb. Kitab ilahiyyatçılar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2014 15:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |