إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Göyçayda Nurçulara qarşı əməliyyat keçirilib

Aralarında Türkiyə vətəndaşlarının olduğu 60-70 nəfər izahatı alındıqdan sonra buraxılıb

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda “nurçu”lara qarşı daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 11-də “Nurçu” dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z. Məmmədovun evinə baxış zamanı “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd “Risaleyi Nur" kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb.

Aprelin 14-də İ. Həmidovun evinə baxış zamanı “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 20 ədəd “Risaleyi Nur" kitabı aşkar edilərək götürülüb.

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2014  13:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!