|
|
Bakıda Qafqazın ən böyük məscidi tikilirŞirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaq Bu məscid Qafqazda ən böyük ibadət ocağı olacaq. Bu məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaq. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaqdır Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq. Dini qaydalara əsasən, məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin ümumi hündürlüyü isə 95 metr nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Eyni zamanda, məscidə xüsusi gözəllik verəcək minarələrdə Quran ayəsi ilə bəzədilmiş kəmərbənd quraşdırılacaq. Məscidin giriş portalı da xüsusi zövqlə hazırlanıb. Hündürlüyü 27 metr olan portal məscidə xüsusi gözəllik verir. Layihəyə əsasən, məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaq. Daxili divarlar yapma elementləri ilə dekorativ detallarla xalça kimi yığılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq. Pəncərələrin haşiyəsi isə eni 57 santimetr olan qabarma detallarla tamamlanacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2014 11:09 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |