إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Yasamalda saxlanan nurçulardan 2-si barədə həbs qərarı çıxarılıb (VİDEO)

ANS Press-in verdiyi məlumata görə Bu barədə Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov deyib

Din  Yasamalda saxlanan nurçulardan 2-si həbs olunub.

“Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb”. Bu barədə İdarənin rəisi İsmayıl Əsədov deyib

Əsədov həbs olunanların ad-soyadını, nədə ittiham olunduqlarını və hazırda harada saxlandıqlarını açıqlamayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də geniş məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, aprelin 12-də Yasamal rayonunda Xıdır Mustafayev 256  yaşayan Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilib. Polisin evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus pasportlar aşkar edilərək götürülüb.

Müəyyən olunub ki, Əməliyyat aparılan evdə 17 nəfər qeydiyyatdadır. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Onların əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və binaya daxil olmağa imkan vermirlər.

Şahidlərin sözlərinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin ötən günkü əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur.


 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2014  20:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!