|
|
Dövlət Komitəsi “nurçuların" toplaşdığı yerdən götürülən ədəbiyyatın ekspertizasını keçirəcək“Dini fəaliyyət yalnız qanunla icazə verilən yerlərdə həyata keçirilməlidir” Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “nurçular”ın toplaşdığı yerdən götürülən ədəbiyyatın hərtərəfli ekspertizasını keçirəcək. Komitədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 12-də Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı müvafiq sahələr üzrə ekspert qismində iştirak edib. Məlum olub ki, “nurçu” təriqətinin “Mustafa Sungur camaatı” və ya “klassik” kimi tanınan cərəyanın nümayəndələrinin birgə toplaşdığı həmin ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı toplanan dəlillərin müvafiq ekspertizasının nəticələrinə əsasən, məhkəmə qaydasında “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinin müvafiq tələbinin (“bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər”) pozulmasına münasibət bildiriləcək. Eyni zamanda sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək və həmin ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy bildiriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2014 20:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |