|
|
Nurçuların saxlanılması ilə bağlı məlumatlara rəsmi açıqlama verildi
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə daxil olan əməliyyat məlumatı əsasında ötən gecə paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparılıb.
Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub. Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb. Hazırda isə Yasamal Rayon Polis İdarəsində 9 nəfər saxlanılır. Polisdən bildirilib ki, həmin şəxslərin də izahatı alındıqdan sonra sərbəst buraxılacaqlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2014 10:29 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |