|
|
Dövlət Komitəsinin sədri Şamaxı “Cümə” məscidində olubDini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İskəndərov Prezident İlham Əliyev sərəncamı ilə bərpa edilmiş tarixi Şamaxı “Cümə” məscidinə baş çəkib.
Komitədən APA-ya verilən məlumata görə, məscidin yeni dini icması tərəfindən yaradılmış kitabxanaya Dövlət Komitəsinin kitabxanasından 100 adda ədəbiyyat təqdim edilib.
Dövlət Komitəsinin sədri Şamaxı “Cümə” məscidinin yeni dini icmasının üzvləri ilə görüşüb. Görüş zamanı dini icma üzvləri Prezident İlham Əliyevin din sahəsinə diqqət və qayğısını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin müəyyən etdiyi fəaliyyət proqramına uyğun olaraq komitə tərəfindən dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2014 14:49 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |