|
|
Azərbaycanda halal məhsullar istehsal edəcək 4 müəssisənin adı açıqlanıbStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib.
APA-nın verdiyi məlumata görə, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq “Hakan Foods” FF Co. LTD müəssisəsi “Kral” və “Yeni dad” nişanlı məhsullar, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsullar, “M T” LTD firması “Hacı Turqay” nişanlı məhsullar və “Zəhmət Ruzi” MMC “SAB” nişanlı məhsullar istehsal edəcək.
F.Talıblı deyib ki, hazırda “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat almaq üçün müraciət edən müəssisədə araşdırma davam edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2014 17:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |