إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda halal ət məhsulları istehsal edəcək şirkətlərin adları məlum olub


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən və müsbət rəy verilən şirkətlərdən üçünün adı məlum olub.



APA-nın verdiyi məlumata görə, “SAB”, “Səhliyalı” və “M&T LTD” şirkətlərinə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib.



“SAB” şirkətinin satış müdiri Eldar Yusif Nərimanoğlu APA-ya açıqlamasında ilkin müsbət rəy aldıqlarını təsdiqləyib. Onun sözlərinə görə, hazırda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları müəssisəyə baxış keçirir.



“Səhliyalı” şirkətinin müdir müavini Cavad Quliyev şirkətə “Min Bərəkət-Halal” markası altında halal ət məhsullar istehsal etməklə bağlı ilkin müsbət rəy verildiyini bildirib. O qeyd edib ki, mart ayında “Səhliyalı” şirkətin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları şirkətin xammal aldığı xarici ölkələrdəki ət kəsimi müəssisələrinə baxış keçirib, halal kəsimlə bağlı videoçəkiliş aparılıb: “Dünən də Dövlət Komitəsinin əməkdaşları bizim müəssisəmizə baş çəkdi. Şirkətimizə “Min Bərəkət-Halal” markası altında halal ət məhsullar istehsal etməklə bağlı ilkin müsbət rəy verilib və yaxın zamanlarda bununla bağlı sertifikat veriləcəyini gözləyirik”.



“M&T LTD” şirkətinə isə “Hacı Turqay” markası altında halal məhsullar istehsal etməklə bağlı müsbət rəy verilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2014  14:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!