|
|
Allahşükür Paşazadə Zaqatalada zona müşavirəsi keçirir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib. Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər Zaqatalaya gələn A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bütün Qafqazın Şeyxi Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib. O, bu pulu rayon icra başçısına təqdim edib. MüşavirədəZaqatala, Balakən, Qax və Şəkidən olan dindarlar iştirak edir. A. Paşazadənin ətraf rayonları səfəri də gözlənilir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2014 14:48 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |