|
|
Konfransın formatına uyğun olmayan çıxışa cavab
“Təhsil müəssisələrində hicabın qadağan olunmasına qarşı Təhsil Nazirliyinin qarşısında aksiya keçirənlər xüsusi təlim keçmişlərdir və onların ailə üzvləri öz başlarını bağlamırlar”
“Azərbaycanda qadın ABŞ-dan öncə səs hüququ qazanıb. Azərbaycan qadınının XXİ əsrdə hicaba qayıtması böyük səhvdir. Lakin keçirilmiş tədbirlər öz nəticəsini verib. Görürsünüz, bu zalda bir nəfər hicablı yoxdur. Bu, bizim uğurumuzdur. Bu, media vasitəsilə görülmüş işlərin nəticəsidir” – deyə deputat fikirlərini tamamlayıb.
Bu bəyanatlarla Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda çıxış edib.
Mövzu ilə bağlı Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov birlik.az saytına bunları dedi: “Hesab edirəm ki, deputatdan növbəti provakasiyadır. Bu işin özü araşdırılmalıdır ki, indiki həssas dövrdə, hakimiyyətin qeyri-ənənəvi, radikal dini cərəyanların üzərinə getdiyi bir vaxtda niyə belə çıxış edir. Deməli, bir neçə vaxtdır ki, ölkədə nurçuların, sələfi-vəhhabilərin şəbəkəsi araşdırılır. İndi də dövlət hüquq müdafiə qurumlarını, QHT-ləri çaşdırmaq üçün Bəxtiyar Sadıqov kimi indiyə qədər danışmayan hansısa deputat məsuliyyətsiz çıxış etməklə kimlərisə qızışdırmaq istəyir. Və mənə elə gəlir ki, bu adam, əsasən, hədəfdə ölkənin əsas dini kəsimini təmsil edən şiələrə söz atır. Və məncə, burada bütün dini kəsim səbirli, təmkinli olmalıdır. Ölkə hüquqi dövlətdir. Hər hansı bir şəxsin məsuliyyətsiz çıxışı heç kəsi hiddətləndirməməlidir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2014 12:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |