إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Islam Əməkdaşlıq Təşkilatının Sədri İyad Əl-Mədəni:“Həm İslamofobiya, həm də ekstremist dünya görüşü ilə birgə mübarizə aparmalıyıq”

Islam Əməkdaşlıq Təşkilatının Sədri İyad Əl-Mədəni:“Həm İslamofobiya, həm də ekstremist dünya görüşü ilə birgə mübarizə aparmalıyıq”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədənini qəbul etmişdir. Dövlət Komitəsinin sədri İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, onun Azərbaycanı yaxşı tanımasından, ölkəmizin dostu olmasından məmnunluğunu ifadə etmişdir. Həmçinin Dövlət Komitəsinin sədri ali qonağa İƏT-in Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi ədalətli mövqeyinə görə də təşəkkürünü bildirmişdir.
Daha sonra görüşdə Dövlət Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatı arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində konkret layihələr üzrə fikir mübadiləsi aparılrılmışdır. Dövlət Komitəsinin dəstəyi ilə ötən il hazırlanmış və artıq Türk dünyası mədəniyyət paytaxtı olan Əskişəhərdə sərgilənmiş “Azərbaycan - İslam mədəniyyətinin incisi” sərgisinin bu il İƏT Baş Qərəgahında nümayiş etdirilməsi, eyni zamanda təşkilata üzv ölkələrdə təqdimatının birgə keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
İyad Əl- Mədəni dünya ölkələrində, xüsusən də Təşkilata üzv olan islam ölkələrində müxtəlif məzhəblər arasında yaranan qarşıdurmalar, xüsusilə də təkfirçi və ekstremist qüvvələrin aktiv fəaliyyəti, o cümlədən islamafobiyanın mövcudluğundan danışmış, həm İslamofobiya, həm də ekstremist dünya görüşü ilə birgə mübarizənin əhəmiyyətini önə çəkmişdir.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini vurğulayan İyad Əl- Mədəni, ölkəmizin dini tolerantlıq sahəsindəki təcrübəsinin digər müsəlman ölkələrində tətbiq edilməsinin vacibliyini bildirmişdir. Baş katib dövlət-din münasibətləri sahəsində birgə təcrübənin paylaşmasının əhəmiyyətini vurğulayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin din siyasəti ilə məşğul olan dövlət qurumlarının rəhbərlərinin birgə Konfransının təşkil edilməsi təklifini irəli sürərək, bu tədbirin Azərbaycanda keçirilməsi məsələsini qaldırmışdır

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2014  21:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!