إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xaçmazda tolerantlıq mövzusunda konfrans keçirilib

Xaçmazda tolerantlıq mövzusunda konfrans keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Xaçmaz rayonunda "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərirn qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Yetkin Mehmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Yaşar Rzayev, rayon Ağsaqqallar Şurasının sədri Böyükağa Məmmədov və digər şəxslər mövzu ətrafında çıxış ediblər. Müzakirələrdə respublikamızın bütün bölgələrində olduğu kimi, müxtəlif xalqların əsrlər boyu dinc və mehriban şəraitdə yaşadığı Xaçmaz rayonunda da hər bir şəxsin konstitusion hüquq və azadlıqlarının, o cümlədən dini etiqad və əqidə azadlığının tam təmin olunduğu, ölkəmizdə bütün dinlərə və millətlərə tolerant münasibət bəslənildiyi qeyd olunub. Radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən Xüsusi Tədbirlər Planının hazırlanaraq icraya yönəldildiyi diqqətə çatdırılıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2014  13:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!