Bu münasibətilə başda Hz.Qaim(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) sevərlərə təsliyyət deyirik.«Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim». Təkcə bu cümlə kifayətdir ki, onun müəllifininin adı tarixin qəhrəman şəxsiyyətləri ilə bir cərgədə qeyd edilsin. Və nə qədər qəribə də olsa aradan ötən 14 əsrlik dövr ərzində Kərbəla hadisəsinin mahiyyətini bu qədər lakonik şəkildə bəyan edəcək başqa cümlə söyləyən olmayıb. Kərbəla inqilabının dəqiq qiymətini verən, onun ilahi missiyasını bəyan edən bu ifadənin müəllifi Həzrət Zeynəb idi. Xanım Zeynəbin fədakarlığı, düşmən qarşısında sınmadan haqqı müdafiə etməsi əsrlər boyu davam edəcək Aşura inqilabı ənənəsinin əsasını qoydu.
Bu gün tövsiyyə olunan namaz və Xanım Zəhranın(s.ə.) xüsusi ziyarətnaməsi
Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür