|
Bakı İlahiyyat Kollecinə qəbul elan edilibBakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən eservices.dim.gov.az link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ahlibeyt.az-ın xəbərinə görə, Dövlət Komitəsi İctimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı İlahiyyat Kollecinin ilkin mərhələdə Azərbaycan İlahiyyat İnstitutunun binasında yerləşməsi və 2024-2025-ci tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur. Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız tam orta təhsilini(onbirillik) başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq. Qeyd edək ki, bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub. Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Baş nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsi yaradılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2024 10:39 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |