|  | 
| Azərbaycanda Novruz bayramı qeyd olunurDünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. Bu il bahar Azərbaycanda martın 20-si saat 07:06-da daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşib, günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib və həmin saatdan etibarən şimal yarımkürəsində yaz fəsli başlanıb. Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı bu gün qeyd olunur. Novruz bahar gecə-gündüz bərabərliyidir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, onu yeni ilin başlanğıcı kimi qeyd ediblər. Azərbaycanda bayram uzun əsrlərdir böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, İranda, Qafqazda, Orta və Mərkəzi Asiyada, həmçinin bəzi şərq xalqları tərəfindən qeyd edilir. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib. Ahlibeyt.az redaksiyası bütün oxucularını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edir. Qeyd edək ki, Azərbaycanda Novruz bayramı münasibətilə bu gündən tətil başlayıb. Novruz bayramında 7 gün - martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq. Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib. Əmək Məcəlləsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq. 
 
 Saytın materiallarından istifadə edərkən istinad vacibdir! 
         20 Mart, 2024  10:31 ⁄ Çap
     Bu bölmədə18 Oktyabr, 202518 Oktyabr - Azərbaycanda  Müstəqilliyin Bərpası Günü qeyd edilir 27 Sentyabr, 202527 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür 15 Sentyabr, 2025Bakının işğaldan azad edilməsindən 107 il ötür 6 İyun, 2025Qurban bayramınız mübarək | 
  Xəbər lenti
  27 Sentyabr, 2025  11:10 9 Sentyabr, 2025  20:00 | 
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |