|
Salyanda iki əsr yaşı olan Quran nüsxələri qorunub saxlanılır VİDEOSalyanın Xələc kəndində yaşayan Ağabəylilər ailəsində qədim Quran nüsxələri saxlanılır. Ailənin bildirdiyinə görə, bu nüsxələr XIX əsrin əvvəllərinə aiddir. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, vaxtilə bu Quranı təkcə Azərbaycanda yox, Şərq ölkələrində də tanınan xəttat, nəqqaş, memar və alim Mirzə İsmayıl Ağa Ağabəy oğlu yazıb. Qurani-Kərim 30 cüzdən ibarətdir. Buradakı yazılardan başqa rəngli işləmələr də Mirzə İsmayıl Ağaya aiddir. Maraqlısı odur ki, Mirzə İsmayıl Ağanın hazırladığı Quran dünyada cəmi 7 nüsxədir. Onlardan birini təsadüfən Mirzə İsmayıl Ağanın nəvəsi Hindistanda səfərdə olarkən möhürbəndi görərək tanıyıb. Mirzə İsmayıl Ağanın nəticəsi Naseh Ağabəylinin sözlərinə görə, bu “Qurani-Kərim”in nüsxələrindən birini akademik Ağaxan Ağabəyli Hindistanda muzeydə görüb. Mirzə İsmayıl Ağa Quranı tərtib edərkən mürəkkəbi Misirdən, kağızı Səmərqənddən gətizdirib və o halal heyvanın, yəni ceyranın dərisindən üz çəkib yapışdırıb. Bunların hamısı onun öz əl işidir. O deyir ki, Quranı repressiya dövründə saxlamaq olduqca çətin olub. Lakin nəsil ulu babalarından qalan bu tarixi abidəni qoruyub saxlaya bilib:” Repressiya illərində sovet hökuməti çox istəyib ki, kitabı alıb məhv eləsin. Lakin atam onu torpağı qazıb basdırıb və heç kimə verməyib. Uzun müddət torpaq altında qaldığına görə yağış, su bir neçə yerinə ləkə salıb. Lakin bu, o qədər güclü sənət əsəridir ki, yazısına heç bir xələl gəlməyib, necə yazılıbsa, elə də qalıb”. Tarixçilər isə deyir ki, bu cür kitab abidələri qorumaq hər bir azərbaycanlının borcudur. Çünki bu cür əsərlər Azərbaycan tarixinin və mədəniyyətinin bir parçasıdır. Tarixçi-tədqiqatçı Sahib Həsənov bildirib: “Ağabəylilər Salyanın Qaraqaşlı kəndində yaşayırlar. Onlar böyük türk tayfası olan Cığatay elinin Qaraqaşlı boyundandırlar. O nəsildən çıxmış Mirzə İsmayıl Ağa Ağabəy oğlunun hazırladığı Quran nüsxəsinin Salyanda qalması, həqiqətən, böyük fəxarətdir. Bu kitab böyük bir sənət əsəridir, müqəddəs kitabımızdır və mədəni abidə kimi qorunub saxlanılır”. Qeyd edək ki, xəttat, nəqqaş, memar və alim Mirzə İsmayıl Ağa Ağabəy oğlunun işlədiyi dünyada cəmi 7 nüsxə olan Qurani-Kərimin bir nüsxəsi Hindistanda muzeydə, biri Türkiyədə, ikisi Bakı və Salyan olmaqla Azərbaycandadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2024 12:08 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |