إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı tarixi açıqlanıb

Bu ilin may ayında “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı baş tutacaq.

Ahlibeyt.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə açılış mərasimi ilə bağlı tapşırıq verilib.

Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən:

- İslam ölkələrində “Şuşa günləri” keçiriləcək. 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsini təmin etməlidir.

2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aşağıdakı işlərin görülməsi tapşırılıb:

- Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;

- “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;

- “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili;

- “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı;

- Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkil ediləcək;

- Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili;

- İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi” yaradılacaq. Tədbirlər Planına əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilk görüşün keçirilməsini təmin etməlidir;

- Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında müxtəlif dillərdə sənədli film hazırlanacaq. Tədbirlər Planına əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti bu sənədli filmi hazırlamalıdır.

2024-cü ilin dekabr ayında Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimini Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təşkil edəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Yanvar, 2024  15:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!