|
|
2023-cü ildə “Qırmızı Ürəklər Fondu”na 31 min 934 donor tərəfindən 1,5 milyon manat ianə edilibÖlkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında böyük rolu olan “Qırmızı Ürəklər Fondu” (“Red Hearts”) 2023-cü ilə dair hesabat açıqlayıb.
Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bu barədə Fondun prezidenti Sevda Haqverdiyeva bildirib. O qeyd edib ki, 2023-cü ildə Fonda 3 fərqli istiqamətdə 31 min 934 donor tərəfindən 1 milyon 521 min 238 manat ianə edilib. Ötən il Fond üçün 4028 benefisiar, 242 könüllü göstəriciləri ilə tamamlanıb. Eyni zamanda o vurğulayıb ki, hər istiqamət üzrə konkret göstəriciləri vurğulasam son bir il ərzində Fonda “Cəmiyyət” kateqoriyasında 31 min 430 ianəçi tərəfindən 1 milyon 489 min 351 manat, “Ətraf-mühit” kateqoriyasında 281 ianəçi tərəfindən 27 min 047 manat, “Heyvanların müdafiəsi” üzrə olan kateqoriyada isə 223 ianəçi tərəfindən 4 705 manat ianə olunub. İanələr il ərzində həyata keçirilən müxtəlif sosial layihələrin icrasına sərf olunub. Onların sırasında Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş şəxslər üçün həyata keçirilən “Türkiyə üçün bir ürək olaq!” ianə toplama aksiyası, şəhid ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi, uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var. “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2024 09:43 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |