|
“Türk mənşəli arxaizmlər lüğəti” əsərinin I cildi çapdan çıxıbXIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında “Türk mənşəli arxaizmlər lüğəti” əsərinin I cildi çapdan çıxıb. Ahlibeyt.az-ın AMEA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, lüğət Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində tərtib olunub. Üç cild olması nəzərdə tutulan lüğətin I cildinə A, B, C, Ç, D, E, Ə hərfləri daxil edilib. “Türk mənşəli arxaizmlər lüğəti” orta əsr Azərbaycan dilinin yazılı abidələrində işlənmiş leksik, semantik, fonetik və qrammatik arxaizmlərin semantik iyerarxiyasının inkişafını, işləkliyini və ya istifadədən çıxmasını, sözün forma və funksiyasının dəyişmə dinamikasını əks etdirən diaxron filоlоji lüğətlər növünə aid tarixi lüğətdir. Burada hər bir arxaizmə aid nümunələr xronoloji ardıcıllıqla düzülmüşdür. Əsərin mənbələri “Kitabi-Dədə Qorqud”dan başlamış XVIII əsrə qədərki orta əsr nəzm və nəsr əsərləridir. Bu baxımdan təqdim edilən leksikoqrafik əsər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya, fonetika sahələri üçün zəngin material mənbəyi olub, konkret dövrlər üzrə aparılacaq tədqiqatlar üçün geniş imkanlar açır. Belə bir qeyri-normativ xüsusiyyətə malik lüğətin yaradılması Azərbaycan dili tarixinin tədqiqatı sahəsində yenidir və tədqiqatçılar üçün əvəzolunmaz məxəzdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2024 10:39 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |