|
|
Yeni təyinat almış din xadimləri ilə görüş keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün 04-19 sentyabr tarixlərində keçirilmiş müsahibədə uğur qazanan və təyinat alan din xadimləri ilə görüş keçirilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Dövlət Komitəsinin məlumatında bildirilir. Noyabrın 13-də baş tutan görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Son illərdə bütün sahələrə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran Komitə sədri qeyd edib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları bu gün din xadimlərinin fəaliyyətində əsas xətt olmalıdır. Görüşdə yeni təyinat almış din xadimlərinin fikirləri və təklifləri dinlənilib. Dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirən çıxışçılar məscidlərə məhz bu qaydalar əsasında təyinatın həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək, imtahanların obyektiv və şəffaf təşkil edilməsindən razılıqlarını bildiriblər. Qeyd edək ki, təyinat alanlardan 2-i fəlsəfə doktoru olmaqla 31-i din xadimi, 10 nəfəri isə qadın dini ayinlərin icraçısıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2023 13:55 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |