|
Ayətullah Ələvi Qorqani dini məsələlərin əhəmiyyətindən danışdı.
Qum elmi hövzəsinin böyük mərceyi-təqlid alimlərindən ayətullah Ələvi Qorqani dini məsələlərin ciddiyəti barədə danışıb: "İmam Baqir (ə) insanların səadətinin 3 şeyə bağlı olduğunu deyib. Birincisi dində dərinləşmək və dini yaxşı tanımaqdır. Dinin xüsusən əməli hökümləri təəssüf ki, insanlar arasında çox səthi qəbul edilməkdədir. İnsanların bir çoxu hətta qıldığı namazla bağlı məsələləri tam olaraq bilmir. Niyə? Çünki əhəmiyyət vermir. Bu insanın özünə edə biləcəyi ən böyük zülmdür. İkincisi insanın iqtisadlı olmasıdır. Yəni gəliriylə xərci arasında balansı saxlaya bilməsidir. İnsanların çoxsu gəlirindən artıq və lüzumsuz xərclər etdiklərinə görə istirab və bədbəxtlik çəkirlər. İmam Baqir (ə) bizə qənaətçil olmağımızı və gəlirimizi yaxşı idarə etməyimizi tövsiyyə edib. Üçüncüsi isə səbrli olmaqdır. Dənizdən su əksik olmayacağı kimi dünya həyatından da problemlər, narahatçılıqlar əksik olmaz. Bu səbəbdən də, başımıza gələn mənfi hadisələrə səbrli olub və azğın dalğalarla mücadələ edib qurtuluş sahilinə çatmalıyıq. Səbr etməsək boğulub həlak olarıq. Səbr etsək səbrlilərin mükafatına və axırda hüzura qovuşarıq. Allah heç kəsə zülm etməz və onun xeyirli əməlindən zərrə də azaltmaz. Allahın əmrlərinə tabe olanlar xeyirə və səadətə qovuşacaqlar." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2013 22:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|