|
DİM tələbələri mühasibat uçotu və maliyyə sektorunun yeni trendləri barədə məlumatlandıracaqDövlət İmtahan Mərkəzi (DİM) tələbələri mühasibat uçotu və maliyyə sektorunun yeni trendləri barədə məlumatlandırmaq məqsədilə DİM və ACCA Assosiasiyasının birgə təşkil etdiyi “EY və ACCA ilə yeni üfüqlərə doğru’’ adlı tədbirə dəvət edir. Tədbir sentyabrın 15-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında keçiriləcək. Ahlibeyt.az-ın DİM-in mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ACCA Assosiasiyasının Türkiyə qolunun (Türkiyə, Azərbaycan və Gürcüstan) rəhbəri Filiz Demiröz və “Ernst & Young Global Limited Azərbaycan”nın (EY) nümayəndələri iştirak edəcəklər. Filiz Demiröz təmsil etdiyi qurumun mühasibatlıq sahəsində karyeraları dəyişən tendensiyaları, fərdlərin karyeralarını inkişaf etdirə biləcəyi yeni yaranan yollar və zonaları araşdıran “Gələcəyə hazır ol: 2020-ci illərdə mühasib peşəsi” adlı tədqiqatının əsas nəticələrini bölüşəcək. Daha sonra “Ernst & Young Global Limited Azərbaycan” (EY) nümayəndələri Azərbaycanda karyera imkanları, audit, mühasibat uçotu və konsaltinq sektorunun trend mövzuları, mühasibat və maliyyə sektorunun karyeraya necə təkan verə biləcəyi və yeni qazanılmış peşəkar və texniki bacarıqların yüksək vəzifələrə apara biləcək yolu haqqında çıxışlar edəcəklər. Bundan əlavə, EY Azərbaycan ACCA ilə birgə “Öyrən, bitir və işlə” layihəsinə start verəcək. Layihə çərçivəsində tərəflərin birgə səyi ilə gənclərin məşğulluğunu təşviq etmək və tələbələrə imtahanlar və gələcək işəgötürənlərlə müsahibələrdən uğurla keçmək üçün onların ACCA Sertifikatlaşdırılmasına başlamağına kömək göstərilməsi nəzərdə tutulur. ACCA və EY proqramı birgə maliyyələşdirəcək və qeydiyyatdan keçmiş tələbələr üçün bəzi imtiyazlar təmin ediləcək, həmçinin qeydiyyat və proqram təşkilatçılığına kömək göstəriləcək. Seminarda iştirak bütün iştirakçılar üçün ödənişsizdir. Qeydiyyat haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Qeydiyyat linki: https://globaleysurvey.ey.com/jfe/form/SV_ctGj8CYqOUcu8Z0 Tarix: 15 sentyabr 2022-ci il, cümə axşamı Vaxt: 15:00-17:00 Müddət: 120 dəqiqə Tədbir keçiriləcək ünvan: Dövlət İmtahan Mərkəzi, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 Qeydiyyatla bağlı bütün rəy və suallar EY Azərbaycana – hrbaku@az.ey.com elektron poçt ünvanına göndərilə bilər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2022 10:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |