|
|
XIN-dən ABŞ Dövlət katibi Antoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatına MÜNASİBƏTAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva yerli KİV-in ABŞ Dövlət katibi Antoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatının şərh edilməsinə dair sorğusunu cavablandırıb. Ahlibeyt.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-n məlumatında bildirilib. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur. Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken açıqlama verərək bildirib ki, səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi və Minsk Qrupunun həmsədri təyin edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2022 12:13 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |