|
|
Laçından xüsusi reportaj - Sanki şəhər 30 ildir yuxuya qərq olub VİDEOAvqustun sonunadək Laçın şəhərində, eləcə də bir çoxu Yaxın Şərqdən rayonumuza gələn Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan erməni miqrantlar bu əraziləri tərk edəcəklər. Ahlibeyt.az xəbər verir ki, bu barədə Caliber.az saytının Laçından hazırladığı reportajda bildirilib. Məlumata görə, Caliber.az saytının müxbiri Azərbaycanın nəzarətinə verilməsi ilə bağlı hazırlıq işlərində iştirak etmək üçün müvafiq idarələrdən ibarət böyük nümayəndə heyətinin tərkibində Laçın rayonuna ezamiyyətə gedib. Reportajda qeyd edilir ki, Laçın şəhəri sanki 1992-ci ili xatırladır. Belə ki, buradakı bütün evlər, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunur ki, azərbaycanlılar buradan köçdükdən sonra sanki şəhər 30 ildir yuxuya qərq olub. Bu illər ərzində işğal altında olan Laçının infrastrukturunda heç bir dəyişiklik olunmayıb. Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Məlumata görə, hələlik (1 sentyabra qədər) rus sülhməramlılarının müşayiəti ilə Azərbaycan nümayəndələri Laçına daxil ola bilər. Laçın şəhərinin, eləcə də Zabuh və Sus kəndlərinin tezliklə qaytarılması məsələsinə Azərbaycanda geniş ictimai marağı nəzərə alaraq, bu səfərdən videoreportajı oxucuların diqqətinə çatdırırıq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2022 09:28 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |