|
|
Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri erməni minalarından təmizlənir - VİDEOLaçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2022 08:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |