|
“Basqal” qoruğu və “Diri Baba” türbəsinə giriş qiymətləri açıqlandı"Diri Baba” türbəsi kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz olaraq müəyyənləşdirilib. Ahlibeyt.az xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, eləcə də qoruğun balansında olan "Diri Baba” türbəsinə giriş qiymətləri açıqlanıb. Avqustun 22-dən "Basqal” qoruğunda yerləşən hamam muzeyə giriş yerli turistlər üçün 2, tələbələr üçün 1, xarici vətəndaşlar üçün 5 manat, "Diri Baba” türbəsi kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün 5 manat olaraq müəyyənləşdirilib. Bundan əlavə, qoruqda salınan parkinqdə minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat xidmət haqqı nəzərdə tutulub. “Diri Baba” türbəsi kompleksində yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş müəyyənləşdirilib. Hər iki abidəyə Azərbaycan vətəndaşı olan əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin, eləcə də 12 yaşınadək olan xarici turistlərin girişi ödənişsizdir. Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən "Basqal” qoruğunda iş saatları istirahət və bayram günləri də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir. "Diri Baba” türbəsi abidəsi isə istirahət və bayram günləri daxil olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış mövsümündə isə 09:00-dan 18:00-dək ziyarət üçün açıq olacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2022 10:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |