|
|
Naxçıvan Dövlət Universiteti “Hərbi Tibb” ixtisasına qəbul üzrə əlavə sənəd qəbulu elan edirNaxçıvan Dövlət Universitetində “Hərbi tibb” ixtisasına qəbul üçün yaradılmış komissiyaya 19-24 avqust tarixlərində müraciət edə bilərlər. Ahlibeyt.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəziini(DİM) məlumatında bildirilib. Hazırki sənəd qəbulunda aşağıdakı şəxslər iştirak edə bilərlər: 1. IV ixtisas qrupu üzrə cari qəbul imtahanlarında (buraxılış+blok) iştirak edib 300 və daha çox bal toplamış, mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşdan 23 yaşadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər; 2. Azərbaycan Tibb Universitetinin “Hərbi tibb” ixtisasına sənəd vermiş və həkim komissiyasından keçmiş, qəbul imtahanlarında (buraxılış+blok) 300-dən yuxarı bal toplamış abituriyentlər. Müsabiqədə iştirak etmək üçün abituriyentlər Naxçıvan Dövlət Universitetində “Hərbi tibb” ixtisasına qəbul üçün yaradılmış komissiyaya 19-24 avqust tarixlərində ərizə ilə müraciət edə bilərlər. Abituriyentlər ərizə formasını yazdıqdan və şəxsən imzaladıqdan sonra, notarial qaydada təsdiq olunmuş formasını PDF variantda aşağıda qeyd olunan elektron ünvana göndərməlidirlər: e-mail ünvanı: admin@ndu.edu.az Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti, Əsas bina Naxçıvan Dövlət Universitetində “Hərbi tibb” ixtisasına qəbul üçün yaradılmış komissiyanın əlaqə nömrələri: (00994) 503004280 (00994) 602088800
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2022 08:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |