|
|
"İslam dinində şəhidlik anlayışı” mövzusu müzakirə olunubAvqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” hərbi hissəsinin birgə təşkilatçılığı ilə "İslam dinində şəhidlik anlayışı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Ahlibeyt.az Komitənin saytına istinadla xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən bəhs olunub. Həmçinin İslamın Vətən sevgisi, şəhadət kimi məfhumlara münasibətindən danışılaraq hərbçilərin döyüş ruhunun qaldırılmasında mənəvi dəyərlərimizin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, qazilik və şəhidlik anlayışı məhz İslam dininə xas olan anlayışlardır. Yalnız bu dində şəhidlik ali məqam sayılır və müqəddəs hesab olunur. Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Avqust, 2022 09:41 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |