|
|
İranlı nümayəndələr Füzuli və Xocavənd rayonlarında olublarÖlkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri avqustun 19-da Füzuli və Xocavənd rayonlarında olublar. Ahlibeyt.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Sonra nümayəndə heyəti şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər. Komando hərbi hissəsini ziyarət edən İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri burada hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar. Nümayəndə heyəti, həmçinin hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Qonaqlara 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsində hərbi birliyin keçdiyi döyüş yolu haqqında geniş brifinq təqdim edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olublar. Qeyd edək ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində İran hərbi heyəti bundan əvvəl Bərdə, Tərtər və Ağdam rayonlarında olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Avqust, 2022 08:40 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |