|
|
Prezident “Qaraheybət” şəhidlərinin yeddisini təltif edib - SİYAHI
Prezident İlham Əliyevin bu gün təltif etdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan 7 hərbçinin adı da var. Ahlibeyt.az xəbər verir ki, təltif edilən sərhədçi şəhidlər aşağıdakılardır: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra) Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra) Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra) Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra) Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra) Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra) Xatırladaq ki, DSX-nin hərbi helikopteri 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2022 16:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |