|
|
“Süni intellekt və data elmi” layihəsi çərçivəsində görüşlər keçirilirTəhsil İnstitutunun təşkilatçılığı ilə “Süni intellekt və data elmi” layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərin nümayəndələri ilə görüşlər keçirilir. Ahlibeyt.az-ın xəbərinə görə, Təhsil İnstitutunun məlumatında bildirilib ki, institutun Təhsil Texnologiyaları Mərkəzində baş tutan növbəti görüşdə spiker qismində “Metafluence” şirkətinin həmtəsisçisi və idarə heyətinin üzvü Elşad Yusifli və “Tensorflow” işçi qrupunun təsisçisi Murad Əlili çıxış ediblər. Elşad Yusifli “Süni intellekt və data elmi” layihəsi çərçivəsində həyata keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Murad Əlili isə virtual dünya, məlumat mərkəzinin ixtira olunması, rəqəmsal pul kisələri, elektrikli nəqliyyat vasitələri, avtomatlaşdırma, çatdırılma dronları, orbital aerokosmik, 3D çap, hüceyrə və gen terapiyası kimi mövzular barədə danışıb. Görüşdə Təhsil İnstitutunun əməkdaşları və müvafiq sahə üzrə təhsil alan tələbələr iştirak ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2022 09:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |