|
|
İran səfiri: “Astara Şimal-Cənub dəhlizinin mühüm nöqtələrindən biridir” - FOTOİran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Astara valisi və bu şəhər əhalisinin parlamentdəki nümayəndəsi ilə birlikdə Astara şəhərində milli və beynəlxalq dəmir yolu terminalı layihəsinin, eləcə də Astaraçay üzərində tikilməkdə olan körpünün son vəziyyəti ilə tanış olub. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Seyid Abbas Musəvi Azərbaycanla müştərək layihələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, Astara “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm nöqtələrindən biridir. “Bu işlərin tamamlanması layihənin regional və beynəlxalq əhəmiyyətini daha da artıracaq. Tezliklə iki ölkənin nazirləri bu layihələrin son vəziyyətini və digər tranzit məsələləri nəzərdən keçirmək üçün görüşəcəklər. İran səfiri həmçinin tranzit və gömrük məsələlərin nəzərdən keçirilməsi həmçinin Şimal-Cənub Qlobal Dəhlizinin marşrutlarının şaxələndirilməsi üçün yaxın gələcəkdə İran, Azərbaycan və Rusiya arasında keçiriləcək üçtərəfli görüş barədə məlumat verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2022 11:07 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |