|
|
Azərbaycan XİN rəhbəri: Zəngəzur dəhlizi Ermənistanın öhdəliklərindən biridirZəngəzur dəhlizi Ermənistanın öhdəliklərindən biridir. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, Ermənistan bunu şifahi olaraq qəbul edir, lakin praktikada ləngidir. Nazir, müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına zərər verməyin heç kəsə faydası olmadığını vurğulayıb. Ceyhun Bayramov müzakirələrə paralel olaraq Azərbaycan ərazisində Ermənistanla sərhədə qədər həm quru, həm də dəmir yollarının inşasının müvəffəqiyyətlə davam etdirildiyini, işlərin 50 faizdən çoxunun tamamlandığını qeyd edib. XİN rəhbəri əlavə edib ki, 2023-cü ildə Azərbaycan öz ərazisində bu işləri tamamlayacaq. Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfindən prosesin ləngidilməsini nəzərə alaraq, Azərbaycan eyni zamanda, İranla memorandum çərçivəsində Araz çayı üzərində iki körpünün inşasına başlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2022 10:02 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |