|
Hacı Şahin - “Səfirliyə hücum vandalizm aktıdır” VİDEO“Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondakı səfirliyinə hücum etməsi birmənalı olaraq vandalizm aktıdır. Bu cür davranışların İslamla, uca dinimizlə heç bir əlaqəsi yoxdur, ola da bilməz”. Ahlibeyt.az xəbər verir ki, Hacı Şahin Həsənli bir qrup radikal dini dəstənin Londondakı səfirliyimizə hücumla bağlı bildirib ki, bu, marginal bir qrupun törətdiyi təxribatdır: “Bu kimi hərəkətlərlə Azərbaycanın müsbət imicinə zərbə vurmaq məqsədi daşıyırlar. Bu qruplaşma özünə bir çox müsəlman ölkəsində tərəfdar toplamağa çalışıb, amma öz niyyətinə çata bilməyib. Azərbaycanda da bu kimi radikal qrupların olmaması belə insanları qəzəbləndirir. Bu qruplar bir sıra ölkələrin xüsusi xidmət orqanlarına tabe olub onların göstərişləri ilə hərəkət edirlər. Öz çirkin niyyətlərini din adıyla pərdələməyə çalışırlar. Bunların məqsədi müsəlmanlar arasında birliyə zərbə vurmaqdır. Bu qrupları heç bir məzhəbə aid etmək olmaz. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsinin təbii ki, İslamla heç bir əlaqəsi ola bilməz. Bu cür davranışlar əvvəlcədən iflasa məhkumdur. Bu cür davranışları birmənalı şəkildə qınayırıq. Özünü müsəlman sayan insalar bu davranışlara heç bir bəraət verə bilməz”. Qeyd edək ki, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin üzvləri hücum edib. London polisi onlardan 8 nəfərin saxlanıldığını bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2022 09:10 ⁄ Çap
Bu bölmədə2 Oktyabr, 2023 Deputatlar antiterror tədbirlərini tarixi qələbə kimi dəyərləndirib, Prezidentin təltif olunmasını təklif ediblər2 Oktyabr, 2023 Oktyabr ayı üçün gündəlik namazların azan cədvəli29 Sentyabr, 2023 Azərbaycan Prezidenti Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub |
Xəbər lenti
2 Oktyabr, 2023 12:10
2 Oktyabr, 2023 11:16
29 Sentyabr, 2023 09:00
27 Sentyabr, 2023 11:37
26 Sentyabr, 2023 13:40
26 Sentyabr, 2023 10:35
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |