إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ruzinin artması üçün dua

Rəvayət olunur ki, bir kişi həzrət Rəsulillahın (ə) yanına gəlib, dedi: “Ey Rəsulullah (s.ə.s), mənim ailəm vardır və borca düşdüyüm üçün çətinlik çəkirik. Mənə bir dua öyrədin ki, Allahı bu dua vasitəsilə çağırım və mənə o qədər ruzi əta etsin ki, borcumu qaytarım və ailəmi dolandırım.” Həzrət Rəsulullah (s.ə.s.) buyurdu: “Ey Allahın bəndəsi, kamil bir dəstəmaz al və iki rükət namaz qıl.

Namazın rüku və səcdələrini layiqincə yerinə yetir və namazdan sonra bu duanı oxu:

يَا مَاجِدُ يَا وَاحِدُ يَا كَرِيمُ يَا دَائِمُ أَتَوَجَّهُ إِلَيْكَ بِمُحَمَّدٍ نَبِيِّكَ نَبِيِّ اَلرَّحْمَةِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا رَسُولَ اَللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اَللَّهِ رَبِّكَ وَ رَبِّي وَ رَبِّ كُلِّ شَيْءٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ أَسْأَلُكَ نَفْحَةً كَرِيمَةً مِنْ نَفَحَاتِكَ وَ فَتْحاً يَسِيراً وَ رِزْقاً وَاسِعاً أَلُمُّ بِهِ شَعْثِي وَ أَقْضِي بِهِ دَيْنِي وَ أَسْتَعِينُ بِهِ عَلَى عِيَالِي

Ya macidu ya vahidu ya kə-rim, ətəvəccəhu iləykə bi Mu-həmmədin nəbiyyikə nəbiyyir rəhməh, səlləllahu ələyhi və alih, ya Muhəmmədu ya rəsuləllah, inni ətəvəccəhu bikə iləllahi rəbbi və rəbbikə və rəbbi kulli şəy, və əs`əlukəlla-hummə ən tusəlliyə əla Mu-həmmədin və əhli bəytih, və əs`əlukə nəfhətən kərimətən min nəfəhatik, və fəthən yəsi-rən və rizqən vasia, əlummu bihi şəəsi, və əqzi bihi dini, və əstəinu bihi əla əyali.

Ey böyük, ey yeganə, ey kəramət sahibi! Rəhmət peyğəmbəri Məhəmməd peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) vasitəsilə Sənə doğru üz tuturam. Ey Məhəmməd, ey Allahın Rəsulu, sənin vasitənlə mənim, sənin və hər bir şeyin Rəbbi olan Allaha üz tuturam! İlahi Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən! Səndən kəramətli lütf və mərhəmətini, asan qurtuluş, pərişanlığımı aradan qaldıran, borcumun ödənməsi və əhli-əyalımın rifahına səbəb olan bol ruzi istəyirəm!

Bəzi rəvayətlərdə qeyd olunur ki, bu namaz, iki rükətdir. Namazın birinci rükətində bir dəfə “Həmd” və üç dəfə “Kəvsər” surəsini oxuyursan. İkinci rükətdə isə bir dəfə “Həmd” və üç dəfə “Fələq” və üç dəfə “Nas” surəsini oxuyursan.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2022  16:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!