|
|
Baş Prokurorluq Şuşaya səfər barədə izah hazırlayıb - VİDEOBaş Prokurorluq Şuşa şəhərinə səfər barədə maarifləndirici video hazırlayıb. Ahlibeyt.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videoda Şuşa şəhərinə səfər etməyin qaydası ilə bağlı vətəndaşlara izah verilib. Qeyd olunub ki, insanların Vətən torpağına olan sevgisindən öz cinayətkar niyyətlərini həyata keçirmək üçün istifadə edən şəxslərə qarşı mübarizə aparmaq məqsədilə Qarabağa necə səfər etməyin mümkünlüyü barədə qaydaları bilmək vacibdir: "Bildiririk ki, tarixi torpağımız olan Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlar “Yolumuzqarabaga.az” portalına daxil olub “ASAN login” sistemi vasitəsilə login olduqdan sonra mövcud reyslərdən hər-hansı birini seçməli, daha sonra elektron poçt ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini, mobil telefon nömrəsini və digər zəruri məlumatları daxil etməklə bilet əldə edə bilərlər". Xatırladaq ki, Baş Prokurorluğun bir neçə gün öncə təqdim etdiyi maarifləndirici videoçarxda Şuşa şəhərinə saxta turlar təşkil edən şirkətlər barədə məlumat verilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2022 11:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |