|
Psixi sağlamlıq çətinlikləri üzrə Fəaliyyət Proqramı əsasında təlim təşkil edilibAvropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi tərəfindən Psixi sağlamlıq çətinlikləri üzrə Fəaliyyət Proqramı (mhGAP) əsasında təlimçilər üçün təlim təşkil edilib. Ahlibeyt.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZERTAC-a verilən məlumata görə, açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov və İxtisaslı tibbi yardım xidməti şöbəsinin mütəxəssisi Aygün Quluzadə iştirak edib. Psixi Sağlamlıq Çətinlikləri üzrə Fəaliyyət Proqramı üzrə beynəlxalq sertifikatlı təlimçi Nino Maxaşvili tərəfindən keçirilmiş 5 günlük təlimin əsas məqsədi psixiatr və ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçilərindən ibarət yerli təlim komandasının yaradılması olub. Bu 20 təlimçi layihənin həyata keçirildiyi bölgələrdə ilkin səhiyyə xidməti göstərən həkimlərə ən çox rast gəlinən psixi sağlamlıq pozuntularını müəyyən etmək, idarə etmək və yönləndirmək üzrə təlimlər keçəcək. Təlimdə klinik depressiya, post-travmatik stres pozuntusu və stres kimi psixi sağlamlıq pozuntuları haqqında, eləcə də yardım üçün müraciət edən şəxslərə düzgün yanaşmanın təməl prinsipləri barəsində sessiyalar yer alıb. Bununla yanaşı, gələcək təlimçilərin təqdimat və idarəçilik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə qrup işləri təşkil olunub. Təlimin son günündə isə iştirakçılar komandalar şəklində seçdikləri mövzuda hazırladıqları təlim sessiyasını təqdim edib və daha sonra sertifikatla təltif olunub. Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi psixi sağlamlıq və psixo-sosial dəstək üçün multidissiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2022 12:04 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |