|
|
Qadın dini ayinlərinin icraçısı məsciddə sırf qadınlarla bağlı fəaliyyətlərlə məşğul olacaqXüsusilə vurğulamaq istəyirəm ki, məscidlərə, ziyarətgahlara qadın imamlar təyin edilmir. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib. O bildirib ki, qadın dini ayinlərinin icraçısı məsciddə sırf qadınlarla bağlı fəaliyyətlərlə məşğul olacaq, eyni zamanda, imamım tapşırığına əsasən, qadınlarla əlaqəli yas mərasimlərində iştirak edəcək. Dövlət Komitəsinin sədr müavini bildirib ki, İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyin edilməsi attestasiyası ilə bağlı təlimata uyğun olaraq, üç din xadiminin vəzifəsi müəyyənləşdirilib. İmam, imam müavini, dini ayinlərin icraçısı (müəzzin) vəzifələri müəyyən olunub: "Bunlar əsasən böyük məscidlər üçün nəzərdə tutulub. Xaricdə dini təhsil almış şəxslər İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması müsabiqəsində iştirak edirlər". G.İsmayılov İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün dini ali və orta ixtisas təhsilli olan şəxslərin müraciət etdiklərini vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2022 10:18 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |