|
|
Azərbaycanda fişinq hücumlarının sayı artıbBu ilin iyul ayında Azərbaycanın ".az" domenində olan saytların hər 90-nı nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 441-si fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 1,1%-ni təşkil edir. Cari ilin iyul ayı ərzində iyun ilə müqayisədə fişinq hücumlarının sayında 12,5% artım müşahidə olunub. Qeyd edək ki, bu günə ".az" domenində 39,7 mindən çox sayt qeydiyyatdan keçib. "Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 133, Rusiyada 98, Belarusda 577, Qazaxıstanda 136, Özbəkistanda 162, Tacikistanda 118, Qırğızıstanda 279, Gürcüstanda 129, Ermənistanda isə 179 sayta bir uğurlu fişinq hücumu düşüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Avqust, 2022 13:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |