|
|
Şəhid uşaqları üçün növbəti yay düşərgəsi başlayırƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsi təşkil olunub. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçiriləcək layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfər) əhatə edəcək. Layihə iki mərhələdən ibarət olacaq. Hər mərhələdə uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub. İlk qrup olaraq 70 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb. İyulun 29-dan avqustun 3-dək şəhid övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcəklər. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcəklər. Həmçinin onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində onlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2022 10:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |