|
|
Ceyhun Bayramov: Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının fəallığını və öndə olmasını təmin və təşviq edibBiz müxtəlif platformalarda gənclərin potensialından istifadə etməliyik. Ahlibeyt.az SalamNews-a istinad'n xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin iyulun 28-də keçirilən bağlanış mərasimində bildirib. Nazirin sözlərinə görə, bu sammitdə dörd qitənin gəncləri iştirak edib. Sammiti tarixi hadisə adlandıran nazir deyib ki, bu tədbirdə fikir və ideyaların mübadiləsi baş tutub: “Gənclərin gücü əvəzsiz dəyərdir. Biz gənclərə dəyər veririk, onların potensialından istifadə edirik”. XİN rəhbəri qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra təşəbbüslər irəli sürüb ki, bunlardan biri də Gənclər Şəbəkəsinin yaradılması idi: “Bu şəbəkə beynəlxalq səviyyədə əhatə qazanıb. Şəbəkənin gəncləri Belqradda görüşüblər”. Ceyhun Bayramov Qoşulmama Hərəkatının dəyəri barədə də danışıb. O diqqətə çatdırıb ki, sosial, iqtisadi, etnik, dini fərqliliklərə baxmayaraq, üzv ölkələr müxtəlifliklərin öhdəsindən gələrək birgə əməkdaşlığı sübut ediblər: “Mən inanıram ki, gənclər öz ölkələrinin təmsilçisi olaraq vahid ideyalar naminə birləşəcək”. Azərbaycan XİN başçısı vurğulayıb ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının fəallığını və öndə olmasını təmin və təşviq edib: “Üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz 2023-cü ilin sonuna qədər uzadılıb ki, bu da bizə olan etimadın göstəricisidir”. Nazir əlavə edib ki, qlobal sülh üçün qətiyyətli olmalı, universal normalara əməl edilməlidir: “Biz əməkdaşlığı təşviq edir, Bandunq prinsiplərinin gələcək fəaliyyətimizin əsasında dayanması üçün çalışırıq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2022 09:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |