|
|
“Dayaq” Təşkilatı şəhid ailələri və Vətən müharibəsi əlillərinin hüquqi problemləri ilə bağlı hüquqi maarifləndirici tədbir keçiribAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və Vətən Müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüqquqi maarifləndirmə yönümündə görüş keçirilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məlumatında bildirilib. Maarifləndirici əhəmiyyətli görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Təşkilatın hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, İdarə Heyyəti və fəal üzvüləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüləri - tanınmış vəkillər Vüsalə Cəfərli, Vüsal Səfərov, Murad Mirzəzadə və Arbitrium Vəkil Bürosunun əməkdaşları Bağırov Namiq İmran oğlu, Cəfərov Nəsimi Abbas oğlu, Raxtari Kamilə Səftər qızı, Şəhid ailələri, Qazilər hüquqi dinləmədə fəal şəkildə iştirak edərək çıxış etdilər. Maarifləndiruci görüşdə çıxış edən qurum rəsmiləri dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar. Natiqlər təəssüf hissi bildiriblər ki, son dövrlər şəhid ailələri və qazi adından sui istifadə hallarına rast gəlinir. Bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və Qazilərin müraciətlərinə laqeydliklə yanaşıldığı müşahidə edilməkdədir. Belə olduğu təqdirdə ölkəmizdə bu cür həssas kateqoriyadan olan vətəndaşlarımızın özlərinə qəsd etmə kimi halların baş verməsinə gətirib çıxarır. Tədbirdə xüsusi olaraq vurğulanıb ki, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısını almaq üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədə uyğun bildik. Hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi görüşü keçirməkdə əsas məqsədləri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhvə verməkdir. Qeyd olunub ki, gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2022 09:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |