|
|
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı təşkil ediləcəkTəhsil İnstitutu tərəfindən noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək. Ahlibeyt.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda, xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər. Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi araşdırmaların nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfrans riyaziyyat və təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər və s.), informasiya-kommunikasiya texnologiyaları və mühəndislik (elektrik, qazma, robototexnika, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.) və sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.) istiqamətlər üzrə təşkil ediləcək. Yalnız məruzəçilərin tezisləri çap ediləcək və həmin şəxslərə sertifikat veriləcək. Konfransa müraciət etmək üçün “Gmail” hesabının olması mütləqdir, iştirak etmək istəyənlər sentyabrın 25-dək müraciət edə bilərlər. Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı haqqında ətraflı məlumat Təhsil İnstitutunun saytında verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyul, 2022 11:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |