إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində Regional Təlimçilər üçün təlimlərə başlanılıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində regional təlimçilər üçün təlimlər başlanılıb.

Ahlibeyt.az-ın xəbərinə görə, DMX-nin məlumatında bildirilib ki, beş gün davam edəcək təlimlər Mərkəzi Asiya, Yaxın Şərq və Şərq Tərəfdaşlığı ölkələrində miqrasiya sahəsinin müxtəlif istiqamətləri üzrə ekspertlərin hazırlanması və Miqrasiya üzrə Regional Təlim Mərkəzinin kurikulumunun təqdimatı məqsədilə həyata keçirilir.

Açılış mərasimində DMX-nin rəisi Vüsal Hüseynov təlimin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində regionun 13 ölkəsindən 100-ə yaxın şəxsin iştirakı ilə milli və regional səviyyələrdə miqrasiya ilə bağlı müxtəlif istiqamətlər üzrə dörd təlim və iki regional seminar uğurla həyata təşkil olunub.

Vüsal Hüseynov Miqrasiya üzrə Regional Təlim Mərkəzinin müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan ekspertləri cəlb etməklə miqrasiya sahəsində təlim və təhsil prosesinə, eləcə də sahə üzrə mütəxəssislərin hazırlanması işinə mühüm töhfə verdiyini söyləyib. Xidmət rəisi budəfəki təlimin Mərkəzin beynəlxalq və milli ekspertləri tərəfindən hazırlanmış kurikulumu əsasında keçiriləcəyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Açılış nitqi ilə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Mərkəz çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin səmərəliliyini diqqətə çatdırıb, habelə tərəfdaş ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

Açılış mərasimindən sonra ilk gün üçün nəzərdə tutulmuş təlimlərə start verilib.

Qeyd edək ki, 10 ölkənin miqrasiya sahəsinə məsul qurumlarının nümayəndələrinin iştirakı ilə beş gün davam edəcək regional təlim beynəlxalq və milli ekspertlər komandası tərəfindən Mərkəzin kurikulumu əsasında keçiriləcək. Həmçinin tədbir zamanı iştirakçılar təlim bacarıqlarına da yiyələnəcəklər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyul, 2022  10:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!