|
|
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilirBakıda Qoşulmama Hərəkatının (QH) Gənclər Sammiti başlayıb. Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi, habelə bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak edir. Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib. Daha sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edəcək. Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər. Sammit çərçivəsində Qala Etnoqrafik Muzeyinə ziyarət, həmçinin mədəniyyətlərarası mübadilə tədbiri də baş tutacaq. Qeyd edək ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Azərbaycan 2023-ci ilin sonunadək Qoşulmama Hərəkatına sədrlik edəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2022 11:43 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |