|
|
Macarıstan universiteti 2022/23-cü il tədris ili üçün “Ludovika Alimləri Qonaq Mühazirə” proqramına qəbul elan ediMacarıstanın “Dövlət Xidmətləri Universiteti” 2022/23-cü il tədris ili üçün “Ludovika Alimləri Qonaq Mühazirə” proqramına qəbul elan edir. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Macarıstanın Dövlət Xidmətləri Universiteti qonaq alimlərin (“Visiting Scholars”) universitetdəki tədris, tədqiqat və ekspert işləri ilə tanış edilməsi üçün müraciətlərini qəbul edir. Qaliblər bir həftə ərzində mühazirə oxumağa, yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil olunacaq seminarlarda və peşəkar müzakirələrdə iştirak etməyə dəvət olunacaqdır. Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan akademik sahədə çalışan şəxslər, tədqiqatçılar və ekspertləri bir araya gətirərək ideya mübadiləsinə şərait yaratmaqdır. Müddət: 24-30 oktyabr, 2022-ci il Universitet: Macarıstan Dövlət Xidmətləri Universiteti Sahələr: Yalnız seçilmiş sahələrdən müraciətçilər qəbul edir. Ətraflı: Keçid 1 Maliyyələşmə: təqaüd proqramı yataqxana, yaşayış xərci, yol xərci xərclərini əhatə edir. Əlavə olaraq 1000 avro qonarar verilir. Meyarlar: İngilis dili biliyi (C1); Azərbaycan Respublikasının vətəndaşı olmaq; Yuxarıdakı keçiddə adı çəkilən sahələrdə beynəlxalq səviyyədə tanınmış tədris, tədqiqat və professional fəaliyyət; Son müraciət tarixi: 31 avqust 2022-ci il Müraciət / tələb olunan sənədlər: Keçid 2; Keçid 3. Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq keçidlərdə göstərildiyi qaydada həyata keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2022 10:05 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |